İspaniyanin "Alaves" klubu baş məşqçisi Xose Luis Mendilibarı istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Komanda ispan mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 12 oyunda cəmi 1 qələbə qazanıb.
 
"Alaves" turnir cədvəlində 22 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
 
Mendilibar ötən ilin dekabrından "Alaves"i çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest