Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, reytinq cədvəlində karyerasını davam etdirən ən yaxşı 500 məşqçi yer alıb.
 
Azərbaycanı reytinq siyahısında yalnız bir məşqçi təmsil edir. Bu, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur. O, 1588 xalla planetin 225-cısidir. Qurbanov ötən reytinqlə müqayisədə bir addım irəliləyib.
 
Siyahıya "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola (2193) başçılıq edir. Onu "Liverpul"dan Yurgen Klopp (2116) və "Roma"dan Joze Mourinyo (2074) izləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest