"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq ölkəsinin mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, Premyer Liqanın 21-ci turunda baş tutan "Keşlə" ilə oyunda (1:1) "qırmızı-qaralar"ın heyətində 50-ci matça çıxan futbolçu bunun üçün xoşbəxt olduğunu söyləyib:
 
"Qəbələ" mənim Avropada ilk klubumdur. Burada 50 matçlıq mərhələyə çatmağım məni xoşbəxt edir.
 
Hələlik mövsüm bitməyib, klubun məqsədləri yolunda davam edəcəyik".
 
26 yaşlı hücumçu Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini bildirib: "Bunun üçün Premyer Liqada 7, ölkə kubokunda isə yarımfinal oyunlarımız var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest