"Real"ın baş məşqçisi Karlo Ançelottinin koronavirus testi növbəti dəfə müsbət çıxıb. Matc.az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis koronavirus səbəbindən çempionlar Liqasının 1/4 finalının "çelsi" ilə oyununa görə Londona getməyə bilər.
 
Ançelottinin sabah verəcəyi testin nəticəsi mənfi olsa, onun İngiltərəyə getməsində problem olmayacaq.
 
Sabah keçiriləcək "çelsi" – "Real" matçına saat 23:00-da start veriləcək.
 
Ançelotti koronavirus səbəbindən La Liqada "Selta" ilə oyunu (2:1) buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest