Ronald Arauxo "Barselona"da qalmaq istəyir. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, "Barselona"nın müdafiəçisi Arauxo klubda qalmaq istədiyini söyləyib.
 
O, agentinin gələn il başa çatacaq müqavilənin uzadılması üzərində işlədiyini bildirib:
 
"Burada olmaqdan çox şadam. Artıq müqaviləni yeniləmək üzərində işləyirik və bu həftə rəhbərliklə görüşəcəyik. ümid edirəm ki, yaxın vaxtlarda müsbət qərar veriləcək. çünki burada qalmaq istəyirəm".
 
Uruqvaylı müdafiəçi 2019-cu ildən Kataloniya klubunun əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest