Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XX tura start verilib.

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XX tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Kəpəz" "Keşlə"nin, "Turan Tovuz" isə "Sumqayıt"ın əvəzedicilərini sınağa çəkib. Gəncə təmsilçisi liderlə doğma meydanda baş tutan dueldən məğlub ayrılıb. Tovuz klubu isə səfərdə qələbəyə sevinib.
 
Günün digər matçı "Qarabağ" və "Səbail"in ikinci komandaları arasında baş tutub. Bu oyunda Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
 
I Divizion
XX tur
5 aprel
 
"Kəpəz" – "Keşlə-2" 0:2
Qol: Emin Quliyev, 4. Elnur Süleymanov, 50-pen.
Hakimlər: Rauf Cabarov, Elman Kərimov, Kərim Zeynalov, Elvin Bayramov.
Gəncə şəhər stadionu, 15:00.
 
"Sumqayıt-2" – "Turan Tovuz" 1:2
Qol: Cavid Quliyev, 38 – Famil Camalov, 45+3. Ramin Süleymanov, 62.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Asiman Əzizli, Fərid Hacıyev.
"Sumqayıt Arena" (ehtiyat meydança), 15:00.
 
"Qarabağ-2" – "Səbail-2" 4:0
Qol: Sultan Mustafayev, 14. Mehdi Tahirov, 41. Seyxan Fərəcov, 47. İbrahim Ağayarov, 79.
Hakimlər: Emin Əliyev, Şirmamed Mamedov, Vüqar Bayramov, Cavid Cəlilov.
Binə qəsəbə stadionu, 15:00.
 
6 aprel
 
"Qaradağ Lökbatan" – "Zirə-2"
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Teymur Teymurov, Nicat İsmayıllı.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
 
"Qəbələ-2" – MOİK
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Taleh Məmmədov, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
 
"Sabah-2" – "Zaqatala"
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, İnqilab Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest