Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmamıza namizədlərdən olan Nikola Yurçeviçlə bağlı fikir bildirib. Hazırda Bosniya və Herseqovina yığmasının "sükanı arxası"nda olan Prosineçki keçmiş komanda yoldaşını tərifləyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmamıza namizədlərdən olan Nikola Yurçeviçlə bağlı fikir bildirib. Matc.az-ın index.hr saytına istinadən məlumatına görə, hazırda Bosniya və Herseqovina yığmasının "sükanı arxası"nda olan Prosineçki keçmiş komanda yoldaşını tərifləyib.

Onun fikrincə, Yurçeviç millimizdə uğur qazana bilər: "Bu məsələyə dərindən şərh verə bilmərəm. Ancaq onu deyə bilərəm ki, AFFA Yurveçiviçi seçsə, səhv etməz. Hər iki tərəf üçün ən yaxşısının olmasını arzulayıram".

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə yığmamıza rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest