"FİFA reytinqində bizdən sonra Bəhreyndir. Aydındır ki, Slovakiya daha yüksəkdədir və digərlərindən seçilir. Lakin Bəhreyn və Hindistan reytinqdə Azərbaycan və Qazaxıstandan daha üstdədir". Matc.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında millimizin rəqiblərindən olan Belarus yığmasının baş məşqçisi Dmitri Rovneyko deyib.
 
Belarus mətbuatına müsahibəsində Bəhreyn (1:0) və Hindistana (3:0) qalib gəldikləri yoxlama matçından danışan mütəxəssis Millətlər Liqasındak rəqibləri haqda da fikir bildirib: 
 
"Daha əvvəl Belçika, çexiya və Uelslə oynamışıq. İndi Slovakiyadan başqa, Azərbaycan və Qazaxıstan da bizə rəqibdir. Bu komandalar Slovakiyadan aşağı səviyyəli komandadır. Biz tək nəhənglərlə oynaya bilmərik. Hindistanı məğlub edəndə də demədik ki, rəqib qaapımıza bir zərbə belə vurmayıb. Mən həmişə güclü rəqiblərlə qüvvəmizi sınamağı istəmişəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest