FİFA oyunların vaxtını artırmaq niyyətindədir. Matc.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu matçların daha səmərəli keçirilməsi üçün birinci və ikinci hissələrdə kompensasiya olunan vaxtın müddətinin uzadılmasını nəzərdə tutub.
 
Bəzi hallarda oyunların dayanma vaxtı nəzərə alınmaqla, matçın müddəti 100 dəqiqədən çox ola bilər.
 
Yeniliklərin Qətərdə təşkil olunacaq dünya çempionatında sınaqdan keçirilməsi nəzərdə tutulub.
 
Dç-2022 21 noyabr-18 dekabr tarixlərində Qətərdə keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest