"Real"ın baş məşqçisi Karlo Ançelotti növbəti dəfə koronavirus testi verib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, italiyalı baş məşqçinin koronavirus testi mənfi çıxıb.
 
Beləliklə, o, UEFA çempionlar Liqasının 1/4 finalında "çelsi" ilə oyun üçün Londona gedə biləcək.
 
Ançelotti "Real"ın oyunöncəsi məşqinə qatılacaq və oyun zamanı komandanın "sükanı arxasında" olacaq.
 
Ançelottinin daha əvvəlki koronavirus testləri müsbət nəticələnmişdi.
 
"çelsi" – "Real" matçı bu gün keçiriləcək və saat 23.00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest