"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Cavad Mirzəbəyli Birinci Divizionun 20-ci turunda "Səbail"in ikinci komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandıq. ötən oyunlarla müqayisədə, bu dəfə fürsətlərimizi qola çevirdik. Oyunçular matça ciddi yanaşırdı. Bacardığımız qədər gənclərə şans verib, güvənməyə davam edəcəyik. İbrahim Ağayarov üçün də xüsusi qarşılaşma oldu. Bu matçda debüt etdi və qol vurmağı bacardı. Onu komandaya bir müddət əvvəl akademiyamızdan dəvət etmişik. Potensialına və bacarığına bələdik. İbrahim özünü bu matça girən kimi rahat hiss etdi və qol vurmağa müvəffəq oldu. İstəyimiz budur ki, İbrahim kimi gənclərə şans verməkdə davam edək. Növbəti mövsümdə də məqsədimiz budur ki, akademiyadan gənc oyunçuları komandamıza dəvət edək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest