Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Futbol üzrə çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Vlasim"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
"Viktoriya" 21 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest