Antalyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" növbəti yoxlama görüşünə çıxıb. Matc.az saytının məlumatına görə, Samara təmsilçisi "Partizan"la qarşılaşıb.

Serbiya klubu ilə oyunda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev və digər həmyerlimiz Aleksandr Səmədov da iştirak edib. Hər iki futbolçu start heyətində meydana daxil olub.

Şeydayevin 75, Səmədovun isə 81-ci dəqiqədə əvəzləndiyi qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest