Futbol üzrə Latviya çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Tukums 2000" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Millimizin sabiq forvardı bu görüşdə penaltini də boşa verib. Əsgərov 65-ci dəqiqədə yüfaizlik qol şansından yararlana bilməyib.
 
"Super Nova" 4 turdan sonra 1 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest