Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub. Matc.az xəbər verir ki, bu ada Portuqaliya "Braqa"sından Abel Ruis, İtaliya "Atalanta"sının qapıçısı Xuan Musso, Fransa "Lion"undan Tanquy Ndombele və Almaniyanın "Ayntraxt" klubundan Ansqar Knauff namizəddir.
 
Avropa Konfrans Liqasında isə həftənin futbolçusu adına Niderlandın PSV komandasından Mauro Junior, çexiyanın "Slaviya" (Praqa) klubundan İra Sor, Norveç "Bodo Qlimt"indən Ulrik Saltnes və Marsel "Olimpik"indən (Fransa) Dmitri Payet namizəddir.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest