"Barselona"nın prezidenti Xuan Laporta "Bayern"in hücumçusu Robert Levandovskinin meneceri Pini Zahavi ilə görüşüb. Matc.az xəbər verir ki, Kataloniya klubunun prezidenti ilə 33 yaşlı polşalı futbolçunun agenti arasındakı görüşün müsbət keçdiyi bildirilir.
 
Xəbərdə, Levandovskinin "Barselona"ya keçməkdə maraqlı olduğu və kataloniyalılarla 3 illik müqavilə bağlamaq istədiyi qeyd olunub.
 
Levandovski 2014-cü ildən "Bayern"də forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest