Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın XXI turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib. 

"Qəbələ" ilə görüşdə "Keşlə"nin futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. "Keşlə"nin qapıçısı  Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3  oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub isə 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

 "Neftçi" – "Zirə" oyununda meydan sahiblərinin futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub. "Zirə"nin futbolçusu Coşqun Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

"Zirə"nin digər futbolçusu Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün "Zirə" daha 800 manat cərimə olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest