Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçiriıib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra I Divizionun XIX və XX turları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
XIX tur
 
"Zirə-2" – "Qəbələ-2" oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Səbail-2" – "Qaradağ Lökbatan" oyununda "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Qaradağ Lökbatan"ın qapıçısının formasında qüsur olduğuna görə oyun gec başlandığı üçün klub 80 manat cərimə olunub.
 
"Keşlə-2" - "Sumqayıt-2" oyununda "Keşlə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
"Neftçi-2" – "Kəpəz" oyununda "Neftçi"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Kəpəz"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
 
MOİK – "Sabah-2" oyununda "Sabah"ın futbolçusu Mixeil Erqemlidze təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK-in futbolçusu Ruslan Voronsov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
 
XX tur
 
"Qarabağ-2" – "Səbail-2" oyununda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Səbail"in futbolçusu Mehman Məsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Sumqayıt-2" – "Turan Tovuz" oyununda təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunub. "Turan Tovuz"un futbolçusu Davud Mahmudov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub.
 
"Kəpəz" – "Keşlə-2" oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
 
"Qəbələ-2" – MOİK oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. MOİK-in nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest