AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal çempionatında qeydə alınmış mübahisəli durumlarla bağlı qərarlar verilib. Matc.az xəbər verir ki, İkinci Liqada çıxış edən "Rəvan"ın oyunçusu ağır cəzaya məruz qalıb.
 
"Timsport"la görüşün 26-cı dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Sabir Həsənov yenidən meydana daxil olaraq, hakimləri, AFFA rəsmisini təhqir edib və AFFA rəsmisinə fiziki təsir göstərib.
 
Bu səbəbdən Həsənov 1 il müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest