Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, AFFA-nın bayrağı altında təşkil olunan yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Futzal üzrə Yüksək Liqanın "Neftçi" İB – "Alyans" oyununda "Neftçi"nin futzalçısı Cavad Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Record club" – "Baku Fire" oyununda "Record"un futzalçısı Azər Nəsirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb. Matçın 31-ci dəqiqəsində "Baku Fire" komandasının futzalçısı Murad Quluzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Xilə" - EKOL oyununda "Xilə" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. "Xilə" komandası çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub. Komanda çempionatın  oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilib.
 
Futzal üzrə Birinci Liqanın "Dəstə Ordubad" – "Ulduz" oyununda "Ulduz"un futzalçısı Səid Talıbzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Metropoliten" – "Alyans Qrup" oyununda "Alyans Qrup"un futzalçısı Seymur Usanov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın PASO – "Baku Fire 2" oyununda PASO-nun futzalçısı Orxan Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın ADBTİA – "Forza Neftçi" oyununda ADBTİA-nın futzalçısı Taleh Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Advokat" – "Xan Lənkaran" oyununda "Xan Lənkaran"ın futzalçısı Fərrux Əliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Borçalı" – "Timsport" oyununda "Timsport"un futzalçısı Ceyhun Mürşüdlü qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Bibi Heybət" – "Atletiko Baku" oyununda "Bibi Heybət"in futzalçısı Şahin Dadaşzadə sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Dalğa" – "Star Karqo 2" oyununda "Star Karqo 2" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın "Timsport" – "Rəvan" oyununda "Rəvan"ın futzalçısı Məhəmməd Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Rəvan"ın digər futzalçısı Sabir Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olaraq, hakimləri, AFFA rəsmisini təhqir etməsinə və AFFA rəsmisinə fiziki təsir göstərməsinə görə 1 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Matç bitdikdən sonra "Rəvan"ın futzalçısı Anar Məmmədov ikinci sarı vərəqə aldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Hövsan" – "Bibi Heybət" oyununda "Bibi Heybət"in futzalçısı İlkin Əzizov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Cəbrayıl" – "İmişli" oyununda "Cəbrayıl"ın futbolçusu Elnur Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Karvan" – "Ağsu Siti" oyununda "Ağsu Siti"nin futbolçusu Mikayıl Rəhimov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "ümid" (Cəlilabad) – "Energetik" PFK oyununda "ümid"in futbolçusu Mehdi Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Füzuli" - "Astara" oyununda "Füzuli"nin futbolçusu Cəsur Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Səbail" – "Qarabağ" oyununda "Səbail"in futbolçusu Kamil Qardaşlı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Səbail"in digər futbolçusu Əkbər Eyyubov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Səbail"in məşqçi heyətində yer alan, stadiona giriş qadağası davam edən Ramal Hüseynov hakimləri təhqir etməsinə və meydana daxil olmasına görə 2 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Bununla bağlı kluba da xəbərdarlıq edilib.
 
Gənclər Liqasının "Keşlə" - "Qəbələ" oyununda "Qəbələ"nin futbolçusu Ravil Qafarov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. "Keşlə"nin futbolçusu Nihat Əmrahzadə kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. "Keşlə"nin futbolçusu Nihad Mollayev kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb.
 
U-17 Liqasının İCBFA – "Turan Tovuz" oyununda "Turan Tovuz"un futbolçusu Elvin Babayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Turan Tovuz"un məşqçisi Seymur Tağıyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matç bitdikdən sonra İCBFA komandasının futbolçusu Qürbət Əhmədov hakimlər otağına girməyə cəhd etməsinə və hakimləri təhqir etməsinə görə 4 oyun cəzalanıb.
 
U-17 Liqasının "Qarabağ" – "Səbail" oyununda "Qarabağ"ın futbolçusu ömər Əsgərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının İCBFA – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Rəsul Əliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Neftçi" İK İB – "Şimal Elit" oyununda "Şimal Elit"in baş məşqçisi Dəyanət Əliyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Qarabağ" – "Sabah" oyununda "Sabah"ın futbolçusu Emin Feyzullayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Keşlə" – EFA oyununda matçın ilk hissəsi bitdikdən sonra EFA komandasının baş məşqçisi Vüsal Mustafayev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra  dəhlizdə olan zaman hakimləri təhqir etməsinə, fiziki təsir göstərməsinə və valideynləri hakimlərə qarşı ədavətə və qəddarlığa vadar etməsinə görə 1 il 6 ay müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilib. Bu səbəbdən matç yarımçıq dayandırıldığı üçün EFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-14 Liqasının UGİM (Şərur) – "Şərur" oyununda "Şərur"un futbolçusu Kənan Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının "Babək" – UGİM (Şərur) oyununda UGİM (Şərur) komandasının futbolçusu Murad Quliyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. UGİM (Şərur) komandasının baş məşqçisi Rəşad Heydərov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı 1 oyun cəzalanıb.
 
U-12 Liqasının UGİM "Ulduz" (Mingəçevir) – Qəbələ oyununda UGİM "Ulduz" (Mingəçevir) komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest