İspaniya Kral Kubokunda yarımfinal mərhələsinə start verilib. İlk oyun günündə "El Klasiko" baş tutub. "Barselona" "Nou Kamp"da əzəli rəqibi "Real"ı qəbul edib. "Kral klubu" erkən qolla hesabı açsa da, kataloniyalılar fasilədən sonra status-kvonu bərpa ediblər.

İspaniya Kral Kubokunda yarımfinal mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk oyun günündə "El Klasiko" baş tutub.

"Barselona" "Nou Kamp"da əzəli rəqibi "Real"ı qəbul edib. "Kral klubu" erkən qolla hesabı açsa da, kataloniyalılar fasilədən sonra status-kvonu bərpa ediblər. Beləliklə, ilk matçda qollu bərabərlik qeydə alınıb. Bu komandalar arasında cavab görüşü fevralın 27-də "Santyaqo Bernabeu"da keçiriləcək.

 

İspaniya Kral Kuboku

Yarımfinal, ilk oyun

"Barselona" - "Real" - 1:1

Malkom, 57 - Lukas Vaskes, 6

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda bu gün "Betis" "Valensiya"nı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest