"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində "Everton"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra azarkeşin telefonunu qırıb. Matc.az xəbər verir ki, hadisə portuqaliyalı ulduz paltardəyişmə otağına gedərkən yaşanıb.

Belə ki, tərəfdarlardan biri mobil telefon tutduğu əlini Kriştianoya tərəf atıb. Futbolçu maneəni kənarlaşdırmaq üçün verdiyi reaksiya sayəsində telefon yerə düşərək, kənara sıçrayıb.

Ronaldo buna görə azarkeşdən üzr istəyib. Bu barədə 37 yaşlı hücumçu şəxsi instaqram səhifəsində yazıb. Forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib: "Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi "Old Trafford" stadionundakı oyunumuza baxmağa dəvət edirəm".

Hazırda "Mançester Yunayted" 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə "Norviç"ə qarşı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest