Futbol üzrə Portuqaliya çempionatında 29-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Sportinq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Hazırda 25 xalı olan "Tondela" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest