Kristiano Ronaldo "Mançester Yunayted"lə cari mövsümdə heç bir titul qazana bilməyəcək. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə "Everton"a 0:1 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra "Mançester Yunayted"in çempionluq şansı qalmayıb.
 
Hazırda 51 xalla 7-ci pillədə qərarlaşan MY sona 7 tur qalmış lider "Mançester Siti"dən 22 xal geridədir.
 
Kristiano Ronaldo klub səviyyəsində ilk titulunu 2006-cı ildə "Mançester Yunayted"in heyətində İngiltərə Liqa kubokunu qazanmaqla əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest