Futbol üzrə Türkiyə Super Liqasını tərk edən ilk klub bəlli olub. Matc.az xəbər verir ki, bu gün ölkə çempionatının 32-ci turu çərçivəsində doğma meydanda "Girəsunspor"a 0:1 hesabı ilə uduzan "Yeni Malatyaspor" elita ilə vidalaşıb.
 
20 xalla sonuncu - 20-ci pillədə qərarlaşan Malatya təmsilçisi 16-cı pillədəki "Altay"dan 19 xal geri qalır ki, son 6 turda bu fərqi aradan qaldırmaq qeyri-mümkündür.
 
Xatırladaq ki, bu mövsüm Türkiyə Super Liqasında 4 komanda elita ilə vidalaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest