Futbol üzrə Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Əvvəlcə "Yeni Malatyaspor" doğma meydanda "Girəsunspor"la qarşılaşıb və minimal hesabla məğlub olub. Bu məğlubiyyətin ardından "Yeni Malatyaspor"un elitanı tərk edəcəyi dəqiqləşib. 20 xalla sonuncu - 20-ci pillədə qərarlaşan Malatya təmsilçisi 16-cı pillədəki "Altay"dan 19 xal geri qalır ki, son 6 turda bu fərqi aradan qaldırmaq qeyri-mümkündür.
 
Səfərdə "Sivasspor"la qarşılaşan "Başakşəhər" inamlı qələbəyə sevinib. "Adana Dəmirspor" da "Altay"la ev oyunundan qalib ayrılmağı bacarıb.
 
Turun mərkəzi oyunu da bu gün keçirilib. "Fənərbaxça" cari mövsümdə işləri heç də yaxşı getməyən "Qalatasaray"la üz-üzə gəlib. İstanbul derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
 
Türkiyə Super Liqası
32-ci tur
 
9 aprel
 
Fatih Karagümrük – Kasımpaşa 3:2
Qol: A.Uğur, 31. Peşiç, 38. Bıstroviç, 72 – T.Sərbəst, 67. Muleka, 82.
 
Göztəpə – Kayserispor 1:2
Qol: Di Santo, 45 – E.Başsan, 8. O.Kemen, 26.
 
Rizəspor – Konyaspor 2:1
Qol: Bolasi, 43. Pohyanpalo, 77 – Byutyuqi, 26.
 
Beşiktaş – Alanyaspor 4:1
Qol: Batşuayi, 2; 43. Jozef, 25. G.Yalçın, 78 – E.Karaca, 23.
 
Qaziantep – Trabzonspor 0:0
 
10 aprel
 
Yeni Malatyaspor – Girəsunspor 0:1
Qol: Traore, 23.
 
Sivasspor – Başakşəhər 0:2
Qol: Qoutas, 3-öz qapısına. D.Türüç, 60.
 
Adana Dəmirspor – Altay 3:1
Qol: Belhanda, 33. S.Akaydın, 36. Balotelli, 87-pen – Naderi, 82.
 
Fənərbaxça – Qalatasaray 2:0
Qol: Zayç, 26. S.Dursun, 68.
 
11 aprel
 
21:30. Antalyaspor – Hatayspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest