"çelsi" aparıcı futbolçusu Eden Azarın "Real"a keçidinə razılıq verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" Belçika millisinin üzvünün əvəzləyicisini də tapıb.

Londonlular "Barselona"nın yarımmüdafiəçisi Filip Koutinyonu komandanın yeni lideri qismində görür. Kataloniya klubunda xoşbəxt olmadığı deyilən braziliyalı ilə PSJ də maraqlanır. Ancaq Dortmund "Borussiya"sından 64 milyon avroya Kristian Pulişiçi transfer edən "çelsi" Koutinyo üçün də astronomik məbləğ təklif edəcək.

Qeyd edək ki, Eden Azarın mövsümün sonunda "Real"a keçməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest