Futbol üzrə Qazaxıstan Premyer Liqasın da 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Turan" öz meydanında "Kızıljar"la qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.
 
Zədəsini yenicə sağaldan Emil Balayevin adı oyunun sifariş ərizəsinə daxil edilməyib.
 
"Turan" hazırda 2 xalla 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest