Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli bu komandanın heyətində vurduğu ilk qol haqda danışıb. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu Xorvatiya çempionatının "Riyeka" ilə oyunundan sonra (2:1) klubun mətbuat xidmətinə açıqlama verib.
 
Mahir komandasına kömək edə bildiyi üçün xoşbəxt olduğunu deyib:
 
"çətin matç oldu. Bilirik ki, hər qələbə bizim üçün vacibdir. Oyuna yaxşı başlamadıq. Düşünürəm ki, buraxılan qoldan sonra nəzarəti ələ aldıq, yaxşı oynamağa başladıq. İkinci hissədə qolumuzu vurduq. "Dinamo"da ilk qolumu vurduğum üçün xoşbəxtəm. Bütün azarkeşlərimizi təbrik edirəm. Şükürlər olsun ki, qol vura bildim. Bu, mənim üçün çox vacib idi. Bütün komanda yoldaşlarıma, məni dəstəkləyənlərə, məşqçilər heyətinə təşəkkür edirəm. İşləməyə davam edəcəyik. İrəlidə vacib oyunlar var. Növbəti matçlara hazırlaşacağıq".
   
"Dinamo"nun (Zaqreb) baş məşqçisi Jelko Kopiç də Mahirin bu komandada ilk rəsmi qolunu vurması haqda fikirlərini bildirib:
 
"Mahir Emreliyə vaxt lazımdır. Amma o, səviyyəsini indi də göstərməkdədir".
 
"Dinamo"nın "Riyeka"ya qalib gəldiyi matçda (2:1) Emreli 57-ci dəqiqədə oyuna daxil olub, 79-cu dəqiqədə komandasının bərabərlik qolunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest