Futbol üzrə Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda son çempion "Riqa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Asim də bu görüşün iştirakçısı olub. O, 90+2-ci dəqiqədə meydana buraxılıb.
 
Beş turdan sonra 5 xalı olan "Dauqavpils" 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest