Maksim Medvedev oyun sayında rekordçusu olduğu "Qarabağ"da 500-cü oyununu keçirib. Matc.az xəbər verir ki, yubiley Premyer Liqanın XXII turuna təsadüf edib. Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 1000-i yarılaması ilə əlamətdar olub. Maksim bu matçlarda 17 qol vurub. O, Premyer Liqada 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.
 
Qeyd edək ki, karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən müdafiəçi yetirməsi olduğu klubun əsas komandada 2006-cı ildə debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest