Hazırda misirli hücumçunun "qol+ötürmə" sistemi üzrə 159 xalı var və Robbi Fauleri keçərək, Premyer Liqada "Liverpul"un tarixinə düşüb. Klubun tarixində bu göstəricidə lider 212 xalla Stiven Cerrarddır.

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında "qol+ötürmə" sistemi üzrə xallara görə ikinci olub. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, buna "Mançester Siti" ilə matçda (2:2) Sadio Maneyə bir məhsuldar ötürmə etməklə nail olub.
 
Hazırda misirli hücumçunun "qol+ötürmə" sistemi üzrə 159 xalı var və Robbi Fauleri keçərək, Premyer Liqada "Liverpul"un tarixinə düşüb. Klubun tarixində bu göstəricidə lider 212 xalla Stiven Cerrarddır.
 
Salah bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb, 20 qol vurub, 11 məhsuldar ötürmə edib.
 
"Mançester Siti" ilə oyun "Liverpul"un digər futbolçusu Trent Aleksander-Arnold üçün də əlamətdar olub. O, bu komandanın sabiq oyunçusu Stiven Cerrardın rekordunu qırıb. 24 yaşlı cinah müdafiəçisi buna məhsuldar ötürmə etməklə nail olub. Mersisayd təmsilçisində ilk topun vurulmasında iştirak edən ingiltərəli oyunçu cari mövsüm 17-ci dəfə qol ötürməsi verib. Beləliklə Aleksander-Arnold Cerrardın 16 məhsuldar ötürmə rekordunu geridə qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest