Futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turu "Mançester Siti" – "Liverpul" oyunu ilə əlamətdar oldu. Matc.az xəbər verir ki, 4 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib – 2:2.
 
Matçdan sonra "Liverpul"un baş məşqçisi Yurgen Klopp oyun haqda fikirlərini bölüşüb. O, oyunu boksçuların döyüşünə bənzədib:
 
"Biz də qələbəyə layiq idik, "Mançester Siti" də. Biz də sürətli oynadıq, rəqib də. "Mançester Siti"ylə qarşılaşma iki ağır çəkili boksçunun döyüşü kimi idi. Əllərinizi yana salsaz, rəqin üzünüzə sərt bir yumruq vuracaq. Yaxşı oyun idi".
 
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola isə oyunu belə şərh edib:
 
"Liverpul"la oyun həqiqətən boks döyüşünə çox bənzəyirdi. Bu oyun Premyer Liqa üçün yaxşı reklam idi. Fantastik oyun oldu, hər iki komanda qələbə qazanmaq istəyirdi. "Liverpul"u izləmək əladır. Biz də çox yaxşı çıxış etdik və komandamla fəxr edirəm. Hər iki komanda bilir ki, qarşıda yeddi matç qalıb və qalib gəlməlidir. Əks halda, hər şey bitəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest