"çelsi"nin hücumçusu Romelu Lukaku çempionlar Liqasının 1/4 finalında "Real"la cavab oyununda komandasına kömək etməyəcək. Matc.az xəbər verir ki, belçikalı futbolçunun dabanında zədəsi var.
 
O, bu səbəbdən aprelin 9-da "Sauthempton"la (6:0) oyunda komandasına kömək edə bilməyib. Lukaku çempionlar Liqasının "Real"la oyununu da buraxacaq.
 
Lukaku cari mövsümdə "çelsi"nin heyətində 36 oyunda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
 
"Real" ilk oyunda "çelsi"yə 3:1 hesabı ilə qalib gəlib. Cavab matçı aprelin 12-də keçiriləcək.
 
Yeri gəlmişkən, "çelsi"nin müdafiəçisi Antonio Rüdiger yeni kluba keçməyə hazırlaşır. İngiltərə mətbuatının iddiasına görə, 29 yaşlı almaniyalı futbolçu yeni klubunda illik 12.5 milyon avro qazanmaq arzusundadır. Klubunu dəyişərsə, Rüdigerin tələblərindən biri də 20 milyon avroluq imza bonusu istəməsidir. Onun "çelsi" ilə müqaviləsi bu ilin yayında başa çatır.
 
Rüdigerin xidmətində "Tottenhem" və "Barselona" maraqlıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest