İspaniyanın "Real" komandasının müdafiəçisi Xesus Valyexo koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı futbolçunun sonuncu COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb və komandanın "çelsi" ilə oyun üçün açıqlanmış heyətində yer almayıb.
 
"Real" sabah UEFA çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İngiltərənin "çelsi" komandasını qəbul edəcək. Komandalar arasındakı ilk görüşdə Madrid təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest