UEFA çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Bavariya" səfərdə minimal hesabla məğlub olduğu "Vilyarreal"ın müqavimətini qırmağa çalışıb. Hesabı da Münhen təmsilçisi açıb. Amma qonaqlar matçın sonlarında hesabı bərabərləşdirə biliblər. Yekunda heç-heçə qeydə alınıb və növbəti mərhələyə İspaniya təmsilçisi vəsiqə qazanıb.

"Real" isə Madriddə çempionlar Liqasının son qalibi "çelsi" ilə qarşılaşıb. "Kral klubu" İngiltərədə keçirilən ilk oyunda "zadəganlar"ı 3:1 hesabı ilə məğlub etmişdi. Bu baxımdan, "çelsi"nin işi kifayət qədər çətin idi. Buna baxmayaraq, London təmsilçisi səfərdə ardıcıl 3 qol vurmaqla asan təslim olmaq istəmədiyini göstərib. Amma matçın sonlarında ümumi hesabı bərabərləşdirən İspaniya nəhəngi, əlavə vaxtda daha bir qol vurmaqla ümumi hesabda önə keçməyi bacarıb. Sonda növbəti mərhələyə vəsiqəni məhz "Real" əldə edib.

çL-də 1/4-in qalan iki oyunu sabah keçiriləcək.

UEFA çempionlar Liqası
1/4 finalın cavab oyunları
12 aprel

Real (İspaniya) – çelsi (İngiltərə) 2:3
Qol: Rodriqo, 80. Benzema, 96 – Maunt, 15. Rüdiger, 51. Verner, 75.
İlk oyun – 3:1

Bavariya (Almaniya) – Vilyarreal (İspaniya) 1:1
Qol: Levandovski, 52 – çukvueze, 88.
İlk oyun – 0:1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest