"Anamı itirəndə özümü yerin dibində hiss etdim. Özümü işini görüb evə qayıtmalı olan robot kimi hiss edirdim"

"Xasiyyətcə mərhum anama çox oxşayıram. Onun mənim üçün nə etdiyini, yaşadığımız bütün çətinlikləri, evdə pul olmayanda mənimlə söhbətlərini yalnız mən bilirəm. Ona daha yaxşı gələcək və işləmək məcburiyyətində qalmadığı bir həyat vermək üçün hər şeyi edərdim". Matc.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin müdafiəçisi Joao Kanselo deyib. 
 
Portuqaliyalı futbolçu 9 il əvvəl anasının avtomobil qəzasında həlak olmasının onun həyatına necə təsir etməsindən danışıb.
"Şən insan idi, yorulsa da, həmişə mənə və qardaşıma vaxt ayırırdı. Bu gün mən də çalışıram ki, ailəmin heç nəyə ehtiyacı olmasın. Qızıma və sevgilimə onun mənə verdiyi sevgini verməyə çalışıram. Anamı itirəndə özümü yerin dibində hiss etdim. özümü işini görüb evə qayıtmalı olan robot kimi hiss edirdim" – deyə, Kanselo bildirib. 
 
Onun sözlərinə görə, anasını itirəndən sonra karyerasını başa vurmaq istəyirmiş: "Futboldan həzz almadım. Həqiqətən də futboldan imtina etməyi düşünürdüm, çünki artıq həyatın mənası yox idi. Amma futbola sevgim yavaş-yavaş qayıtmağa başladı, ona görə də getdikcə daha çox gülümsəməyə başladım. Həyatın mahiyyəti budur. Nə qədər böyük itkilərimiz olsa da, davam etməliyik. çox istərdim ki, anamla danışa bilək, çünki darıxıram. Sanki ürəyimdə həmişə bir boşluq var, çünki o, fiziki olaraq yanımda deyil. Portuqaliyada onu görmək üçün qəbiristanlığa gedirəm. Bu, mənim borcumdur. Orada özümü yaxşı hiss edirəm. Bu, mənim ruhumu təmizləyir və daha xoşbəxt həyat sürməyimə kömək edir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest