Qadın futbolçulardan ibarət Azərbaycan millisi Dç-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda E qrupunda Danimarka yığmasının qonağı olub.

Viborq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start verilib. Matçı Silvia Dominqosun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edib. Millimiz bu görüşdə 2 cavabsız qola üzülüb.

Danimarka 8 görüşdən sonra 24 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu – altıncı pillədə qərarlaşıb.

Dç-2023-ün seçmə mərhələsi
12 aprel

Danimarka – Azərbaycan 2:0
Qol: Stine Larsen, 2. Karen Holmqaard, 76.
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (Portuqaliya).
Viborq stadionu.

Xal durumu: Danimarka – 24, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest