"Neftçi" Premyer Liqanın XVI turunda "Keşlə" ilə keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. "Ağ-qaralar"ın son transferi Canluka Sansone də kollektivlə birlikdə hazırlıqda iştirak edir.

"Neftçi" Premyer Liqanın XVI turunda "Keşlə" ilə keçiriləcək oyunun hazırlıqlarını davam etdirir. Matc.az saytının məlumatına görə, "ağ-qaralar"ın son transferi Canluka Sansone də kollektivlə birlikdə hazırlıqda iştirak edir.

İtaliyalı hücumçunun hətta qarşıdakı turda meydana çıxmağına heç bir əngəl qalmayıb. çünki "Neftçi" 32 yaşlı forvardın adını PFL-ə sifariş edib. Baş məşqçi Roberto Bordin şans versə, həmyerlisi Azərbaycan Premyer Liqasında iştirak edən ilk italiyalı kimi tarixə düşəcək.

Qeyd edək ki, "Neftçi" - "Keşlə" oyunu fevralın 10-da "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest