Braziliyada qadın hakim məşqçi tərəfindən döyülüb. Matc.az xəbər verir ki, xoşagəlməz hadisə Espirito-Santo ştatında keçirilən "Nova Venetsiya" – "Desportiva Ferroviariya" oyununda baş verib.

Belə ki, "Desportiva Ferroviariya" komandasının baş məşqçisi Rafael Soriano görüşün fasiləsində meydana çıxaraq, hakimlər briqadasına etiraz edib. O, həmin anda emosiyalarını saxlaya bilməyib və yan xətt hakimi Marsielli Nettonun sifətinə başla zərbə endirib. Baş hakim Sorianonu birbaşa qırmızı vərəqə ilə cəzalandırıb və o, polislərin müşayiəti ilə meydanı tərk edib.

Qarşılaşmadan sonra isə klub rəhbərliyi Sorianonun baş məşqçi postundan qovulduğunu açıqlayıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest