"O vaxt hamımız üçün ideal bir dönəm idi. Messi Andres İnyesta, Xavi, Puyol kimi təcrübəlilərin yanında oynayırdı"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hazırda PSJ-də forma geyinən Lionel Messi ilə çalışdığı günləri xatırlayıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis argentinalı futbolçu haqda xoş sözlər deyib.

"O, məni valideynlərimdən daha çox rəqabətədavamlı biri etdi. Messi bilir ki, "Barselona"da olarkən ona kömək edən heyrətamiz oyunçu qrupu var idi. Təbii ki, bütün bunları birlikdə çalışdığımız dövr üçün deyirəm. O vaxt hamımız üçün ideal bir dönəm idi. Messi Andres İnyesta, Xavi, Puyol kimi təcrübəlilərin yanında oynayırdı. Belə oyunçular arasındakı birgəlik həyatda bir dəfə baş verir. Biz çoxlu uğurlar əldə etdik. Bəlkə bunları onsuz da əldə edə bilərdik. Amma o qədər çox olmazdı" – deyə, Qvardiola bildirib.  

İspaniyalı mütəxəssis vurğulayıb ki, zaman keçdikcə Messini Maykl Cordanla müqayisə etməyə başlayıb: "Amma özümü heç kimlə müqayisə etmək fikrində deyiləm. Mən həmişə demişəm ki, o, "Barselona"da hamını yaxşılaşdırıb. Mən ona bir şüşə şərab verməliyəm, çünki onun sayəsində yaxşı müqavilələr bağlaya bildim və hələ də təşəkkür olaraq ona bir şüşə yaxşı şərab borcluyam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest