Futbol üzrə Niderland yığmasının baş məşqçisi Lui van Qal xərçəngin müalicəsini uğurla başa vurub. Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis bu yaxınlarda prostat xərçənginin aqressiv formasına sahib olduğunu açıqlamışdı. 
 
Qeyd edək ki, Niderland millisini Qətərdə keçiriləcək dünya çempionatına Lui van Qal aparacaq. Lakin gələn ildən bu komandanı Ronald Kuman çalışdıracaq. O, 2023-cü il yanvarın 1-dən millidə fəaliyyətə başlayacaq. çünki hazırkı baş məşqçi Lui van Qalın sözləşməsi həmin tarixə qədərdir. Van Qal xərçəng xəstəsi olduğu üçün onunla yeni müqavilə imzalanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest