Azərbaycan Premyer Liqasında XVII turun təqvimi müəyyənləşib. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, oyunlar iki günü əhatə edəcək.

Gələn həftəsonu keçiriləcək tura fevralın 16-da "Keşlə" - "Sumqayıt" qarşılaşması ilə start veriləcək. Bağlanış matçı isə ertəsi gün "Qarabağ"la "Qəbələ" arasında olacaq.

 

Topaz Premyer  Liqası

XVII tur

16 fevral (şənbə)

15:00. "Keşlə" – "Sumqayıt"

"ASK Arena"

"Zirə" – "Neftçi"

17:30. Zirə İdman Kompleksinin stadionu

 

17 fevral (bazar)

15:00. "Səbail" – "Sabah"

"Bayıl Arena"

17:30. "Qarabağ" – "Qəbələ"

Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd: turun bütün oyunları "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest