Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü Elgün Nəbiyev özünə yeni klub tapıb. Matc.az xəbər verir ki, o, bundan sonra karyerasını Polşada davam etdirəcək.
 
26 yaşlı futbolçu bu ölkənin "Limanovia" klubu ilə anlaşıb. Yarımmüdafiəçinin 2-ci Liqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.
 
Xatırladaq ki, Elgün Nəbiyev Azərbaycanda "Sabah", "Sumqayıt", "Zirə" və "Səbail" klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest