Azərbaycan I Divizionunda XXI tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Zaqatala" doğma meydanda "Qəbələ"nin ikinci komandasını darmadağın edib. "Qarabağ"la "Zirə"nin əvəzedicilərinin oyununda qapılara qol vurulmayıb.
 
MOİK – "Qaradağ Lökbatan" matçı digər oyunlar kimi saat 15:00-da başlamalı olsa da, təcili tibbi yardım maşınının gecikməsi üzundən gec start götürüb. Qarşılaşmanın yekununda lider darmadağınla qalib gəlib.
 
Turun qalan oyunları sabah keçiriləcək.
 
I Divizion
XXI tur
 
12 aprel
 
Zaqatala – Qəbələ-2 5:1
Qol: Mahmud Məmmədov, 33. Kənan Müslümov, 51. Əsədulla Heydərov, 61. İbrahim Camalov, 77. Hümbət Ələkbərov, 80 – Aqil Nəsibov, 37.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəşad Əhmədov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00
 
MOİK – Qaradağ Lökbatan 0:5
Qol: ürfan İsmayılov, 23. Sabir Allahquliyev, 80-pen; 84-pen. Həbib İsmayılov, 86. Elnur Səmədov, 87.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Teymur Teymurov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 15:00
 
Zirə-2 – Qarabağ-2 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
"ASK Arena", 15:00
 
13 aprel
 
Səbail-2 – Sumqayıt-2
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
"ASCO Arena", 15:00
 
Turan Tovuz – Kəpəz
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Tovuz şəhər stadionu, 15:00
 
Şamaxı-2 – Neftçi-2
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov
"ASK Arena", 15:00
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest