"Mançester Yunayted"in bu yaxınlarda istefaya göndərdiyi Joze Mourinyonun işsiz günləri çox çəkməyəcək. Matc.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis "İnter"in "sükanı arxası"na keçməyə hazırlaşır.

Bu məqsədlə o, Milana yollanıb. Mou "İnter"in baş direktoru Cüzeppe Marotta ilə görüşərək, keçidin detallarını müzakirə edəcək. Klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi Luçano Spallettinin fəaliyyətindən razı deyil və mövsümün sonunda onunla vidalaşmağı planlaşdırır.

Qeyd edək ki, Luçano Spallettinin "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest