İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini təmin etməyib. Matc.az xəbər verir ki, bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
 
RFS-in Dç-2022-nin pley-off mərhələsinin oyunlarının təxriə salınması ilə bağlı müraciəti rədd edilib. Bildirilib ki, Polşa, İsveç və çexiya Futbol Assosiasiyaları pley-offda Rusiyaya qarşı oynamamaq qərarlarını açıq şəkildə elan ediblər: "Bu matçların keçirilməsinə icazə verilsə, rəqiblər meydana çıxmayacaq və texniki məğlubiyyət alacaqlar. Belədə isə FİFA yarışlarının bütövlüyü ciddi şəkildə pozulacaq".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. FİFA və UEFA da Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest