Ukraynalı məşqçi Viktor Tkaçuk Rusiya ilə müharibədə həlak olub. Matc.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis Mariupolda öldürülüb.
 
Əhaliyə yardım etmək məqsədi ilə şəhəri tərk etməyən Tkaçuk rusiyalı əsgərlərin snayper gülləsindən qaça bilməyib. Qonşuları onu yaşadığı evin həyətində dəfn ediblər.
 
Viktor Tkaçuk Donetsk "Şaxtyor"unun akademiyasında işləyib.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest