"Növbəti gəmimiz iki igid oğul İman və Bəhram Məmmədzadələrin adlarını daşıyacaq". Bu barədə "Palmali" Şirkətlər Qrupunun prezidenti, artıq fəaliyyətini dayandırmış "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov açıqlama verib. O, sosial şəbəkə vasitəsilə bildirib ki, Məmmədzadələr ailəsinin xeyir-duası ilə şəhid qardaşların adlarını daşıyan tanker aprelin 26-da dünya sularına buraxılacaq.
 
"Eyni hərbi hissədə qulluq edən, eyni gündə şəhid olan bu cəsur qardaşlar elə bir şücaət göstərib ki, qəhrəmanlıqları dillərdə dastan olub. Sizinlə fəxr edirik, Azərbaycanın igid oğulları! Sizin valideynlərinizin qarşısında baş əyirik. Uğrunda şəhid qanı tökülməyən torpaqdan Vətən olmaz. Siz qanınız və canınızla tarix yazdınız. İllər keçsə də, gələcək nəsillər sizləri hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Biz var olduqca sizi hər zaman adınızı yaşadacayıq. Şəhidlər ölməz və unudulmaz!" – M.Mənsimov yazıb.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest