Futbol üzrə Fil Dişi Sahili yığmasının baş məşqçisi Patris Bomel istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
43 yaşlı mütəxəssislə müqavilənin müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmasına ehtiyac duyulmayıb. Fransalı mütəxəssis 2020-ci ilin martından bu komandaya rəhbərlik edirdi.
 
Sonuncu Afrika Millətlər Kubokunda mübarizəni 1/8 finalda dayandıran Fil Dişi Sahili yığması, Dç-2022-yə vəsiqə şansını da boşa verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest